RU
Qardaşının qayınanasını öldürdü
12:04
1292

Qardaşının qayınanasını öldürdü

Lerik rayonunda qətl hadisəsi baş verib.

Avqustun 8-də axşam saatlarında Bülüdül kənd sakini, 1992-ci il təvəllüdlü Ağaəli Lələyev aralarında yaranmış münaqişə zəminində qardaşının qaynanası, 1966-cı il təvəllüdlü Nazqayıt Abıyevanı evlərinin yaxınlığında döş qəfəsindən bıçaqlayıb. N. Abıyeva aldığı xəsarət nəticəsində ölüb.
 
A. Lələyev şübhəli şəxs qismində saxlanılaraq istintaqa təhvil verilib. O, törətdiyi əməli etiraf edib. Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır./apa

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ