Masallı rayonunda törədilən qardaş qətlinin təfərrüatları məlum olub.
Köhnə Alvadı kəndində faciənin baş verdiyi Qasımovlar ailəsində qətldən əvvəl içki məclisi olub.
Rəfael və Ramil qardaşları birlikdə şam ediblər, spirtli içki qəbul ediblər. Hətta qardaşlar bir-birinin şərəfinə sağlıq da deyiblər. Sonra isə sözləri düz gəlməyib, mübahisə ediblər. Kiçik qardaş Rəfaeli söyüb.
Təxminən gecə 00 radələrində 35 yaşlı Rəfael Qasımov özündən 4 yaş kiçik qardaşı Ramili bıçaqla vurub. Qarnından ağır xəsarət alan Ramil xəstəxanaya çatdırılanadək keçinib. Qardaşların hər ikisi rayon ərazisində ustalıq etməklə çörəkpulu qazanırdılar.
Faktla bağlı Masallaı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1-ci) maddəsi ilə cinayət işi başlanıb.
7news.az








