RU
Qaret Beyl Uelsdə altınci dəfə ilin ən yaxşı futbolçusu seçilib
16:15
451

Qaret Beyl Uelsdə altınci dəfə ilin ən yaxşı futbolçusu seçilib

Uels millisi və Madridin "Real” klubunun hücumçusu Qaret Beyl vətənində yenə ilin ən yaxşı futbolçusu seçilib.

27 yaşlı futbolçu bu mükafata ardıcıl dördüncü il, son yeddi ildə isə altıncı dəfə sahib olub. O, "Twitter”dəki şəxsi səhifəsində onu mükafata layiq bilən hamıya minnətdarlığını çatdırıb. Beyl bu uğurun onun üçün böyük şərəf olduğunu bildirib.

Qeyd edək ki, Beyl bu il "Real Madrid”lə Çempionlar Liqasının qalibi olmaqla yanaşı, milli ilə Avropa çempionatında yarımfinaladək irəliləyib.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ