RU
Qaribaşvili: “Avqust müharibəsindən sonra Rusiyaya heç bir sanksiya tətbiq edilmədi”
21:30
904

Qaribaşvili: “Avqust müharibəsindən sonra Rusiyaya heç bir sanksiya tətbiq edilmədi”

"Təəssüf ki, Avqust müharibəsindən sonra dünya liderləri tərəfindən Rusiyaya qarşı heç bir sanksiya tətbiq edilmədi”.

7NEWS.Az-ın xəbərinə görə, bunu Batumidə Polşa Baş naziri Mateuş Moravietski ilə görüşdən sonra mətbuata birgə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
O bildirib ki, hətta Gürcüstan hökuməti də müharibədən sonra Rusiyaya sanksiyalar tətbiq etməyib və yalnız diplomatik əlaqələri kəsməklə kifayətlənib.

"Avqust müharibəsindən sonra biz Rusiyaya qarşı yenilənmiş siyasət, yeni ticari-iqtisadi layihələr gördük. Amma, heç bir sanksiya olmadı. Hətta, Gürcüstan hökuməti o zaman Rusiyaya heç bir sanksiya tətbiq etmədi, sadəcə diplomatik əlaqələr kəsildi. Əksinə, müharibədən sonra o dövrün hökuməti strateji enerji müəssisələrini, dövlətə məxsus şirkətləri Rusiyaya satdı, Rusiya vətəndaşlarına viza rejimini birtərəfli qaydada ləğv etdi”, - Baş nazir qeyd edib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ