RU
Qaribaşvili: Yaşıl enerji layihəsi ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açır
14:30
134

Qaribaşvili: Yaşıl enerji layihəsi ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açır

Qara dəniz sualtı elektrik enerjisi kabeli layihəsinin həyata keçirilməsi nəticəsində Gürcüstan, Rumıniya, Azərbaycan və Macarıstanın elektrik enerjisi sistemləri əlaqələndiriləcək. Bu da öz növbəsində Avropanı bütün Cənubi Qafqaz regionu ilə əlaqələndirəcək.

7NEWS.Az xəbər verir ki, bunu dekabrın 17-də Buxarestdə "Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in imzalanması mərasimi ilə bağlı plenar iclasda Gürcüstanın Baş naziri İrakli Qaribaşvili deyib.
Qaribaşvili vurğulayıb ki, Gürcüstan etibarlı tranzit tərəfdaşı olaraq Xəzər hövzəsinin karbohidrogen resurslarının Qərbə daşınmasında əsas tranzit bağlarından biri olub.

"Bu layihənin həyata keçirilməsi ölkələrimiz arasında strateji tərəfdaşlığın inkişafı üçün yeni imkanlar açır”, - deyə Qaribaşvili bildirib.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ