Bakıya yağan qarı fürsət bilən bəzi avtobus sürücüləri qiymətləri qaldırıblar.
Dünən axşam saatlarında 40, 46, 113 və daha bir neçə marşrut avtobusları qiymətləri 50 qəpiyə qaldırıblar. Və bunu belə əsaslandırıblar ki, marşrut üzrə avtobus yoxdur. Az sayda avtobus olduğundan və yerin buz bağlaması səbəbindən qiymətləri qaldırıblar.
Qeyd edək ki, bu xəbərlər şəhərin müxtəlif yerlərindən gəlir. /jam.az
7news.az








