İranın hücumundan sonra Pakistan Tehrandakı səfirini geri çağırıb, İran səfirinin İslamabada qayıtmasına icazə verməyib, bütün yüksək səviyyəli diplomatik və ticarət görüşlərini ləğv edib.
7NEWS.az xəbər verir ki, keçən həftə 'terror hədəflərinə istiqamətlənmiş' elan edilən qarşılıqlı raket hücumlarından sonra Pakistan İranın xarici işlər nazirinin gələn həftə ölkəyə səfər edəcəyini açıqladı. Bu bəyanat iki ölkənin hava hücumlarından sonra yaranan gərgin münasibətləri bərpa etmək üçün səy göstərdiyinə işarə edirdi.
7NEWS.az








