RU
Qartalda ağır qəza:
01:00
410

Qartalda ağır qəza:

Quba-Xaçmaz yolunun Zərdabi kənd ərazisində ağır yol nəqliyyat hadisəsi baş verib.

7news.az "Report"a istinadən bildirir ki, Qartal adlanan massivdə qeydə alınan qəza zamanı sürətlə hərəkət edən VAZ- 2107 markalı avtomobil idarə etməni itirərək ağaca çırpılıb. Hələlik adı məlum olmayan sürücü hadisə yerində dünyasını dəyişib.
Avtomobilin iki hissəyə bölündüyü bildirilir.
Hadisə yerinə Quba Rayon Polis Şöbəsinin Yol Patrul Xidmətinin əməkdaşları gəlib. Araşdırma aparılır.

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ