RU
Qasırğa bu ölkədə 3500 evi dağıtdı
18:56
470

Qasırğa bu ölkədə 3500 evi dağıtdı

Meksikanın Sakit Okeana çıxan sahil xəttinin Patricia qasırğasına məruz qalması nəticəsində 3500 yaşayış evi zədələnib

7news.az BBC-yə istinadən xəbər verir ki, bu haqda ölkə prezidenti Enrique Pena Nieto çıxışında bildirib.
Meksika prezidenti bildirib ki, Patricia qasırğası gətirdiyi güclü yağışlarla daşqın və sürüşmə təhlükəsi yaradır.
Prezident Enrique Pena Nieto bildirib ki, Patricia gözlənildiyindən daha az zərər yetirib.

ABŞ Milli Qasırğa Mərkəzi (NHC) qasırğanı beşinci dərəcəli fırtına kimi dəyərləndirib. Bu ən yüksək təsnifat hesab olunur. Lakin qasırğa zəifləyərək ikinci kateqoriyalı tropik fırtınaya çevrilib.

Qasırğa Meksikanın qərbinə yaxınlaşıb, özü ilə dağıdıcı külək və yağışlar gətirsə də, elə də ciddi itkinin baş vermədiyi bildirilir.

İndi Patricia Meksikadan şimala doğru hərəkət edir.

Qasırğanın ölkənin daxilində hərəkəti xüsusilə Nayarit, Jalisco, Colima, Michoacan və Guerrero ştatlarına təhlükə yaradır

7news.az

 

Qasırğa bu ölkədə 3500 evi dağıtdı - Fotolar
Qasırğa bu ölkədə 3500 evi dağıtdı - Fotolar
Qasırğa bu ölkədə 3500 evi dağıtdı - Fotolar
Qasırğa bu ölkədə 3500 evi dağıtdı - Fotolar
Qasırğa bu ölkədə 3500 evi dağıtdı - Fotolar

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ