Haiti adasında "Metyu” qasırğasının qurbanlarının sayı 877 nəfərə çatıb.
7news.Az "Reuters”-ə istinadən xəbər verir ki, son məlumata əsasən ölənlərin sayının 842 nəfər olduğu açıqlanıb.
Xatırladaq ki, "Metyu” qasırğası Atlantik okeanda 2007-ci ildən bəri qeydə alınan ən güclü qasırğa sayılır. Qasırğa ABŞ-ın Florida, Corciya, Şimali və Cənubi Karolina ştatlarına yaxınlaşır. Artıq ABŞ prezidenti Florida, Cənubi Karolinada və Corciya ştatlarında fövqəladə vəziyyət elan edib.








