"Qaşlarını aldırıb şalvar geyinən və bu görkəmdə ali təhsil müəssisələrinə, universitetlərə gedən tələbə qızlar çox böyük haram iş görür, günah işləyirlər. Onlar cəhənnəmlikdir".
Özünü "üləma, molla" adlandıran, Türkiyədə "Elmi və Fikri Araşdırmalar Mərkəzi" (İlmi ve Fikri Araştırmalar Merkezi, İFAM) yaradaraq bu struktura başçılıq edən 42 yaşlı İhsan Şenocakın "fətva"sı sosial şəbəkələrdə kəskin tənqid olunur.
O, məsciddəki vəzində deyib: "Dediklərimi fətva da saya bilərsiniz. Ey atalar, analar! Yəni qızın bu küçədən keçib məktəbə, universitetə şalvarda gedəndə ürəyin parçalanmırmı sənin?! 18 yaşlı qızın qaşını aldırıb, şalvar geyinib universitetə gedəndə ürəyin parçalanmırmı?! Vallahi, o qızın da, sən də cəhənnəmliksən. Vallahi, qiyamət günü cəhənnəm səni parçalayacaq. Allahın əmanətini nə hala saldın?! Qızın universitetə daxil olanda sevindin. Həkim olacaq, mühəndis olacaq, yaxşı maaş alacaq, maşına minəcək, ərinə möhtac olmayacaq... Yaxşı, bunlara sevindin, amma qızın dar şalvarda kişilərin qarşısından keçir, gənclər onun arxasına baxırlar, dalınca gedirlər. Övladını cəhənnəmə atdın, cəhənənnəmə... 500 qoyunun dağ başında oda atan çobandan qoyunun hesabını soruşursan, amma oğlunu, qızını, nəvəni film çəkilişlərinə, küçələrə, universitet zallarına atan atalardan, babalardan cəhənnəmə atılan övladların hesabını Allah soruşmayacaqmı?!"/milli
7news.Az
Videonu izləmək üçün şəklə klikləyin:










