RU
Qatar
11:44
1679

Qatar "Depo"ya gedir - Budur, sirli “Depo”... - FOTOREPORTAJ

Hər gün gündəlik qayğılarının arxasınca qaçan, evdən işə, işdən evə tələsən, şəhər mərkəzinə gedən yüzminlərlə insan metrodan istifadə edir. Qatara minir və olmaq istədiyi ünvana yollanır. Amma hərdən o qatarlar yolun yarısında, adətən, Nərimanov metrostansiyasında dayanır. Nəzakətli bir xanım səsi sərnişinlərə qatarı tərk etmələrini, onun "Depo”ya getdiyini bildirir. Bütün vaqonlar boşalır, qapılar bağlanır və qatar üzü qaranlığa doğru naməlum "Depo”ya şütüyür.

Yəqin, çoxlarımız, heç olmasa, bir dəfə "görəsən, dəmir qatarlardan başqa heç kimin getmədiyi o sirli "Depo”da nə var, ora necə yerdi?” deyə düşünüb.

Xeber365-in fotoqrafı Orxan Əzim kimi... Ancaq çoxlarımızdan fərqli olaraq, Orxan düşünməklə kifayətlənməyib, nəzakətli xanımın əmrinə tabe olmayıb və..

Budur, sirli "Depo” - "Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti fotolarda...

Əksər detallar ölkədə fəaliyyət göstərən müəssisələrdə və metropolitenin istehsal sahələrində hazırlanır

İstifadəyə yararsız parkın yenidən əsaslı təmiri

İşçilərin nahar etməsi üçün istifadə olunan yeməkxana.

Depo ərazisində elektrik enerjisi təminatını ödəmək üçün müasir tipli elektrik yarımstansiyası tikilir.

Yeni tikilən əsaslı təmir sexi.

Vaqonun təmiri.

Asudə vaxtın keçirilməsi üçün mini stadion.

Vaqonun döşəməsinin təmir-bərpa işləri.

Təmirə dayanmış vaqon.

Təmirdən sonra vaqonun görünüşü

Təmirdən sonra vaqonun görünüşü.

Təmir işlərinin aparıldığı məkan.

Qatarda təmir-bərpa işləri aparılır.

Metropoliten şəhidlərinin xatirəsinə ucadılmış abidə.

Müasir tələblərə cavab verən anbar.

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ