Kanadada yük qatarı relsdən çıxıb.
7News.Az TASS-a istinadən xəbər verir ki, hadisə ölkənin qərbindəki Britaniya Kolumbiyası vilayətində baş verib. İlkin məlumata görə, relsdən 40-dək vaqon çıxıb. Qəza zamanı 3 nəfər ölüb.
Kanadanın Nəqliyyatda Təhlükəsizlik Şurası qəza ilə bağlı təhqiqata başlayıb.

7News.Az








