Gəncədə dəmir yolu xəttinə uzanaraq özünü öldürən 60 yaşlı Novruz Abbasovun cibindən tapılmış məktubda yazdıqları məlum olub.
7News.Az xəbər verir ki, hadisə yerinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları onun əynindəki gödəkçənin cibindən kiril əlifbası ilə yazılmış kağız tapıb. İntihar məktubuda bu sözlər yazılıb: "Mən xəstəliyimlə əlaqədar iflic olub kiməsə möhtac qalmaq istəmirəm. Ona görə də son qərarım bu idi - ÖLÜM”.
Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
7News.Az








