RU
Qatarla avtomobil toqquşdu
15:20
348

Qatarla avtomobil toqquşdu

Məbəd ziyarətindən qayıdan bir ailəni daşıyan minik avtomobili dəmir yolunun üstündə ilişib.

Hindistanın şərqindəki Carkhand ştatında qatarla avtomobilin toqquşması nəticəsində 13 nəfər ölüb.

Bu barədə ştat polisi məlumat verib. Faciə ştatın paytaxtı Rançidən 70 km aralıda baş verib. Məbədi ziyarətdən sonra evə doğru qayıdan bir ailəni daşıyan minik avtomobili düz dəmir yolu xəttinin üstündə "ilişib" qalıb. İlkin ehtimallara görə, avtomobilin təkəri relslə boşluq arasına düşüb və maşın hərəkət edə bilməyib.

Gələn qatarın səsini eşidən ailə üzvləri avtomobildən çıxmağa cəhd etsə də, bunu bacarmayıb.

Qatar tam sürətlə avtomobilə çırpılıb və maşını 100 metr sürüyüb. Avtomobildə olanların hamısı dünyasını dəyişib./avtosfer

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ