Cənubi Koreya bərk yanacaqla işləyən kosmik raketinin üçüncü sınaq uçuşunun uğurla həyata keçirildiyini bildirib.
7NEWS.az xəbər verir ki, Yonhap-ın məlumatına görə, Cənubi Koreya Müdafiə Nazirliyindən verilən açıqlamada kosmik raketin Ceju adasının təxminən 4 kilometr cənubundan buraxıldığı açıqlanıb. Açıqlamada, üçüncü sınaq uçuşunun uğurla keçdiyi və raketin daşıdığı yer müşahidə peykinin orbitə çıxarıldığı qeyd edilib.
7NEWS.az








