RU
Qatil dayə: Mən bütün müsəlman uşaqları üçün qisas aldım
13:12
911

Qatil dayə: Mən bütün müsəlman uşaqları üçün qisas aldım

Putin qan tökür.

Moskvada 4 yaşlı qızı öldürən Gülçöhrə Bobokulova bəyan edib ki, bu əməli ilə o, müsəlmanları təyyarələr ilə bombaladığı üçün Rusiya prezidenti Vladimir Putindən qisas alıb.

Qatilin dindirilməsindən olan video YouTube-da yerləşdirilib.

“Putin qan tökür. Niyə heç kim heç nə demir? Onlarda yaşamaq istəyirlər – körpə-körpə uşaqlar”, - o deyib.

Müstəntiqin uşağın qətlinin səbəbinin məhz bu olduğuna dair suala Bobokulova təsdiqləyici cavab verib.

Xatırladaq ki, Moskvada fevral ayının 29-da Oktyabrskoe pole metro stansiyası yaxınlığında uşağın qətlində şübhəli bilinən dayə saxlanılıb. O, uşağın kəsilmiş başını əlində tutaraq özünü partladacağı ilə ətrafdakıları hədələyib. Uşağın vəhşicəsinə qətlə yetirilməsinə dair cinayət işi açılıb./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ