RU
Qax sakini doğum günündə faciəvi şəkildə ölüb
10:00
367

Qax sakini doğum günündə faciəvi şəkildə ölüb

Ötən gün Qax rayonunda elektrik cərəyanının vuraraq öldürdüyü gənclə bağlı bəzi təfərrüat məlum olub. 

Qax şəhər sakini, 1990-cı il təvəllüdlü Zakir Fikrət oğlu Əhmədov yaşadığı evin həyətində santexnik işləri görərkən ehtiyatsızlığın qurbanı olub.

Belə ki, Z.Əhmədov həyətdə plastmas boruları yapışdıran ütüdən istifadə edib işini yekunlaşdırarkən ehtiyatsızlıq edib. O, bir-neçə yerdən zədəli olan uzadıcı naqilin açıq hissəsinə əllə toxunub. Nəticədə yer nəm olduğundan elektrik cərəyanı onu vuraraq öldürüb.

Bildirilir ki, Z.Əhmədov 1990-cı il oktyabrın 10-da Qax şəhərində doğulub və ötən gün 27 yaşını qeyd edirdi/report

 

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ