Qaxda 6 yaşlı uşaq bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.
Qax Rayon Mərkəzi Xəstəxanasından verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Tasmalı kənd sakini, 2009-cu il təvəllüdlü Onur Sahil oğlu Məmmədli koma vəziyyətdə xəstəxanaya daxil olub. Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 6 yaşlı Onur Məmmədli yaşadığı evin pilləkənindən yıxılaraq ağır kəllə-beyin travması alıb. Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilən Onur Məmmədliyə lazımi tibbi yardım göstərilib, vəziyyəti ağır qiymətləndirilir./apa
7news.az








