RU
Qaxda ağır qəza: Ölənlər var
17:20
601

Qaxda ağır qəza: Ölənlər var

Zaqataladan Mingəçevirə gedən mikroavtobus ağır qəzaya uğrayıb.

7news.Az APA-ya istinadən xəbər verir ki, hadisə saat 10:00 radələrində Yevlax-Zaqatala- Gürcüstan yolunun Qax rayonunun Tanqıt kəndindən keçən hissəsində qeydə alınıb.

İdarəetmədən çıxan  "Mercedes” markalı mikroavtobus yolun kənarında ağaca çırpılıb. Nəticədə mikrovatobusun sürücüsü, Zaqatala rayonunun Qanqax kənd sakini, 1976-cı il təvəllüdlü İlkin Haqverdi oğlu Əliyev hadisə yerində ölüb. Xəsarət alaraq xəstəxanaya yerləşdirilənlərdən biri, 54 yaşlı Rəhilə Mikayılova orada həyatını itirib.

Mikroavtobusda olan sərnişinlərdən 9-u xəsarət alıb.

Xəsarət alanlar Qax Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Məlumata görə, xəsarət alan iki azyaşlı - 2017-ci il təvəllüdlü Həmzəyeva Əsmanur və 2014-cü il təvəllüdlü Həmzəyeva Əlifnur reanimasiya şöbəsinə yerləşdiriliblər.

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ