RU
Qaxda ağır yol qəzası
22:45
2117

Qaxda ağır yol qəzası

Bu gün axşam saatlarında Yevlax-Zaqatala-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə yolun Qax rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. 

İki minik avtomobilinin toqquşması nəticəsində bir nəfərin hadisə yerində öldüyü bildirlir. Ölən şəxsin kimliyi hələlik məlum deyil. 

Qax rayonunun Zəyəm kənd sakni, 1972-ci il təvəllüdlü İlkin Oruc oğlu Gülməmmədov isə hadisə nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Onun vəziyyəti orta-ağır qiymətləndirilir. 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində təhqiqat başlanılıb./apa

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ