RU
Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb
15:30
628

Qaxda keçmiş polis əməkdaşı dəm qazından zəhərlənərək ölüb

Qax şəhər sakini dəm qazından boğularaq ölüb.

Hadisə bu gün səhər saatlarında şəhər ərazisində yaşayış evlərindən birində baş verib.

Belə ki, şəhər sakini 1955-ci il təvəllüdlü Fəxrəddin Qulu oğlu Məmmədov yaşadığı evin vanna otağında dəm qazından zəhərlənərək ölüb. Onun meyiti vanna otağında həyat yoldaşı tərəfindən aşkarlanıb.

Qeyd edək ki, 67 yaşlı Fəxrəddin Məmmədov təqaüddə olan polis mayorudur. O, uzun illər Qax Rayon Polis Şöbəsində sahə müvəkkili vəzifəsində çalışıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ