RU
Qaxda qeyri-adi hadisə - 2 quyruqlu inək doğuldu - VİDEO
12:03
725

Qaxda qeyri-adi hadisə - 2 quyruqlu inək doğuldu - VİDEO


2 quyruqlu inək balası doğulub. Qeyri-adi hadisə Qaxda təsərrüfatların birində baş verib.

7News.az xəbər verir ki, 9 ay öncə süni mayalanma ilə doğulan inək balasının bel hissəsində ikinci quyruğu var.

9 ay öncə dünyaya gələn qara rəngli buzov anormal olaraq 2 quyruqlu doğulsa da, bu günə kimi inkişafdan qalmayıb. Yəni digər inək balaları kimi böyüyüb. Ancaq ikinci çıxan quyruq o qədər də uzanmayıb. Ən maraqlısı isə, ikinci quyruğun inək balasının bel hissəsində olmasıdır. 

Təsərrüfat sahibləri bu vaxta kimi belə bir hadisəyə şahidlik etmədiklərini söyləyir. Daha əvvəl bu cinsdən doğulan buzovların hamısı normal olub.

Qeyd edək ki, bu cür qeyri-adi hadisələr regionlarda çox baş verir.//big

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ