RU
Qaxda sel fəsadlar törədib, fərdi yaşayış evi yararsız vəziyyətə düşüb
11:00
39

Qaxda sel fəsadlar törədib, fərdi yaşayış evi yararsız vəziyyətə düşüb

Fövqəladə Hallar Nazirliyinə Qax rayonu, Qaradolaq kənd sakini Salmanov Süleyman Məhəmməd oğluna məxsus evin intensiv yağışların əmələ gətirdiyi sel suları nəticəsində yararsız vəziyyətə düşməsi barədə məlumat daxil olub.

Bu barədə 7News.Az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

Bununla əlaqədar FHN-in Şimal-qərb Regional Mərkəzinin əməkdaşları tərəfindən Qaradolaq kənd sakini S.Salmanov üçün müvəqqəti yaşayış məqsədilə çadır ev qurularaq vətəndaşa təhvil verilib.
 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ