RU
Qaxda su hovuzunu təmizləyən kişini ilan sancıb
16:50
135

Qaxda su hovuzunu təmizləyən kişini ilan sancıb

Qaxda su hovuzunu təmizləyən 69 yaşlı kişini ilan sancıb.

Hadisə Qax rayonunun Ləkit kəndində baş verib.

Həmin kənd sakini 1954-cü il təvəllüdlü Vaqif Mütəllib oğlu Aydınov öz həyətində su hovuzunu təmizləyən zaman ərazidə olan ilan qəfildən onu sağ əlindən sancıb. Yaralı Təcili Tibbi Yardım avtomobili ilə Qax Rayon Mərkəzi Xəstəxanasına (RMX) çatdırılıb.
Xəstəxanada yaralıya lazımi tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab vurulub, müalicəsi xəstəxananın reanimasiya şöbəsində davam etdirilir./Qaxda su hovuzunu təmizləyən 69 yaşlı kişini ilan sancıb./apa




BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ