RU
Qaxda üç otaqlı ev yanaraq külə dönüb - FOTO
23:05
174

Qaxda üç otaqlı ev yanaraq külə dönüb - FOTO

Qax rayonunda yanğın hadisəsi baş verib.

"Report”un məlumatına görə, hadisə rayonun Qaxbaş kəndində qeydə alınıb.

Belə ki, Qaxbaş kənd sakini, 1959-cu il təvəllüdlü, Tamazaşvili Sosiko Restikoviçə məxsus ümumi sahəsi 112 kv/m olan kürsülü bir mərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları ilə birlikdə yanıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin ( FHN) Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları və şəxsi heyəti cəlb olunub.

Yanğın zamanı yaxınlıqdakı tikililər yanğından mühafizə olunub, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

 

 

7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ