RU
Qaxda yük maşını məktəblini vurub
17:20
289

Qaxda yük maşını məktəblini vurub

Qax rayonunda 1-ci sinif şagirdini yük avtomobili vurub.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında rayonun Qaxbaş kəndi ərazisində qeydə alınıb.

Rayon sakini, 2015-ci il təvəllüdlü Nihat Sarıyev marşrut avtobusundan düşüb yolu keçərkən hərəkətdə olan "Ford" markalı yük avtomobili onu vurub. Müxtəlif dərəcəli bədən xəsarətləri alan N.Sarıyev Qax Rayonu Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, 7 yaşlı Nihat Sarıyev Qax şəhər 1 saylı tam orta məktəbin 1-ci sinif şagirdidir.

Faktla bağlı araşdırma aparılır.
 
7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ