RU
Qaxdan deputatlığa namizəd Əhməd Şahidov bunu da etdi
00:30
2078

Qaxdan deputatlığa namizəd Əhməd Şahidov bunu da etdi

Ötən gün Qax rayonu Zərnə kəndində yerli sakinlərlə görüş zamanı deputatlığa namizəd Əhməd Şahidova müraciət edən kənd möminləri kənd məscidinin qəzalı şəraiti barədə məlumat verərək, təmir işlərinə yardım edilməsi barədə xahiş ediblər.

Sakinlərlə görüşdən dərhal sonra kənd məscidini ziyarət edən Əhməd Şahidov vəziyyətlə yerindəcə maraqlanıb və məscidin təmir olunması üçün zəruri maliyyənin ayrılacağını bildirib.

Görüş zamanı təmir işlərini həyata keçirəcək işçilər, lazımi tikinti materialları və digər cari məsələlər müzakirə olunub. Gələn həftədən başlayaraq, Zərnə kənd məscidinin təmiri üçün təxirəsalınmaz işlərə start veriləcək.

7news.az

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ