Qax rayonun yaşayış məntəqələrinə ilk qar yağıb.
Son günlər ölkənin şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürür.
Oktyabrın 16-ı axşam saatlarından başlayaraq bölgəyə aramsız yağış yağır, havanın hərarəti düzənlik ərazilərdə müsbət 7 dərəcəyə, dağlıq və yüksək dağlıq ərazilərdə isə sıfır dərəcədən aşağı düşüb.
Bu gün saat 17 radələrindən Qax rayonun İlisu və Sarıbaş kəndlərinə isə ilk qar yağmağa başlayıb.
Yerli sakinlərin verdiyi məlumata görə, hazırda qar yağması davam edir. İlisuda qarın qalınlığı 1-2 sm, Sarıbaşda isə 3-5 sm təşkil edir./APA
7News.az








