RU
Qaya parçaları düşməsi nəticəsində Xınalığa gedən yol bağlanıb
19:55
718

Qaya parçaları düşməsi nəticəsində Xınalığa gedən yol bağlanıb

Sürücülərə xəbərdarlıq edilib.

Torpaq qatı ilə axan qaya parçaları Quba-Xınalıq yolunun 34-cü km-də maşınların hərəkətini iflic edib. Artıq 34-cü km-dən Xınalıq istiqamətinə yol bağlanıb.

Xınalıqdan gələn sürücülər yolun gecə saat 1 radələrindən bağlı olduğunu bildiriblər. Sürücülər həmin yerdən geriyə qayıtmağa məcbur olublar.

Quba 6 saylı Yol İstismar İdarəsinin texnikası və canlı qüvvəsi əraziyə cəlb olunub. Hazırda qaya parçalarının yoldan təmizlənməsi işləri aparılır.

“Yolun tam açılmasına az qalıb. Hazırda bu yoldan istifadə edən sürücülər ehtiyatlı olsunlar. Yolda təhlükələr qalmaqdadır”, - deyə Yİİ-nin sahə rəisi Bilal Sultanov açıqlamasında bildirib./report

7news.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ