RU
Qayadibi almasının fərqi
16:57
703

Qayadibi almasının fərqi

Alma deyəndə ilk ağıla gələn Quba olur. Amma müxtəlif rayonlarda da bu meyvənin çeşidlərinə rast gəlinir. Tovuzun Qayadibi kəndi də alma bağları ilə məşhurdur. Bu ağacların özəlliyi də var. Ətraflı  əməkdaşımız Hicran Nəsibova danışacaq. 

Bu kənddə hər evdə demək olar ki, alma bağları var.Əsasən şimal zonasında yetişdirilən alma burada təbii halda bitir. Aqrotexniki qulluq göstərilməyən bu ağacların suvarılması da həyata keçirilmir. Yəni ağaclar yağış suları ilə qidalanır. Kənd sakinləri deyir ki, burada almanın bütün sortları yetişir. Meyvə çox olduğundan sakinlər onu satışa da çıxarır. Azərbaycanda meyvənin üç yüzə qədər növü və çeşidi var. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. “Cənnət meyvəsi” adlandırılan meyvəni  yemək insanın ömrünü uzadır və orqanizmi gəncləşdirir. /ttv

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ