RU
Qaydasız döyüşə tamaşaçılar da qoşuldu - VİDEO
17:30
443

Qaydasız döyüşə tamaşaçılar da qoşuldu - VİDEO

Rusiyanın paytaxtı Moskvada MMA turnirinin iştirakçıları arasında kütləvi dava baş verib. Xəsarət alanlar və zərərçəkənlər var.

Bu barədə BAZA "Telegram” kanalı xəbər yayıb.

Bildirilir ki, baş verənlərə görə təşkilatçılar polisə ərizə ilə müraciət edib. Davanın başlanma səbəbi məlum deyil.

Təşkilatçıların sözlərinə görə, qarşıdurma zamanı "Vityaz-Noqinsk” klubunun idmançısı döyülüb. O, başından xəsarət alıb. Həmçinin, başqa bir idmançının telefonu oğurlanıb.

Polis təhqiqata başlayıb.

 

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ