Qayınananın qızıllarını oğurladı, tutuldu

Qayınananın qızıllarını oğurladı, tutuldu

Bakıda qayınananın qızıllarını oğurlayan gəlin saxlanılıb.

Daxili İşlər Nazirliyindən 7News.Az-a verilən məlumata görə, Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini G.Novruzova oktyabrın 2-də evindən naməlum şəraitdə 6000 manat dəyərində qızıl-zinət əşyaların oğurlandığını bildirib.

Müraciətlə əlaqədar müvafiq araşdırmalar aparılıb və oğurluğu törətməkdə şübhəli bilinən ev sahibəsinin gəlini saxlanılıb.

7News.Az

Xəbər lenti