İsmayıllı rayonunda ağır yol qəzası baş verib.
7News.az xəbər verir ki, noyabrın 5-də saat 11 radələrində İsmayıllı rayonunun Tircan kəndində Bakı şəhər sakini Samir Salmanov idarə etdiyi "Mercedes" markalı avtomobili aşırıb. Nəticədə onun sərnişinlərindən anası Amaliya hadisə yerində ölüb, özü və 2 sərnişini xəstəxanaya yerləşdirilib, sərnişinlərdən biri orada ölüb.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.//atv.az
7News.az







