Bu gün Bakı Bakı Ağır Cinayətlər məhkəməsində qayınansını öldürməkdə təqsirləndirilən 1992-ci il təvəllüdlü Elçin Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.
Hakim Eldar Mikayılovun icraatında olan prosesdə hökm oxunub.
Məhkəmə kollegiyasının hökmü ilə E.Hüseynov 16 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hadisə Xəzər rayonundakı Vərəm Dispanserində baş verib. Dispanserdə tibb bacısı işləyən, 1971-ci il təvəllüdlü Fərqanə Mürsəlova qızının əri, 1992-ci il təvəllüdlü Elçin Hüseynov tərəfindən bıçaqlanaraq öldürülüb. E.Hüseynovun arvadı onunla mübahisə edərək anasıgilə gedib. E.Hüseynov qayınanasının iş yerinə gələrək qızını geri qaytarmasını tələb edib. F.Mürsəlovanın kürəkəninn tələbini rədd etməsi qətllə nəticələnib./qafqazinfo
7news.Az








