RU
Qaynata 4 uşaq anası olan gəlinini öldürdü
00:35
1126

Qaynata 4 uşaq anası olan gəlinini öldürdü

Məmmədova 4 uşaq anası olub.

Bakı Ağır Cinayətlər Məhkəməsində Qusar rayon sakini Amanxan Nəcəfovun (1938-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə hazırlıq iclası keçirilib.

Bu il iyulun 25-də rayonun Avaran kəndində yaşayan Amanxan Nəcəfov ailə münaqişəsi zəminində gəlini Sevinc Məmmədovaya (1977-ci il təv.) ov tüfəngindən atəş açaraq onu qətlə yetirib.

Həmin gün hadisəni törədən şəxs RPŞ-nin əməkdaşları tərəfindən saxlanılıb, ona məxsus "IJ-16" markalı odlu silah maddi sübut olaraq götürülüb. Mərhumun yaxınlarının bildirdiyinə görə, münaqişələr mərhumla əri arasında bundan əvvəl tez-tez baş verib. S.Məmmədova 4 uşaq anası olub.

Hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib və məhkəmənin tərkibi elan olunub.

Məhkəmə baxışı dekabrın 28-ə təyin edilib./oxu

7news.az

Qaynata 4 uşaq anası olan gəlinini öldürdü - FOTO

 

Qaynata 4 uşaq anası olan gəlinini öldürdü - FOTO

Qaynata 4 uşaq anası olan gəlinini öldürdü - FOTO

Qaynata 4 uşaq anası olan gəlinini öldürdü - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ