RU
Qaz balonu partladı, bazar yandı
09:52
2309

Qaz balonu partladı, bazar yandı

Bu dəqiqələrdə Lənkəran Böyük Bazarında güclü yanğın başlayıb.

Hadisə şahidlərinin verdiyi məlumata görə, yanğına səbəb Böyük Bazarda avtobus danayacağının yanındakı kafedə qaz balonunun partlamasıdır. Hazırda yanğın ətrafdakı dükanları da əhatə edib.

Xəsarət alanların olduğu bildirilsə də, hələ ki, onların səhhəti ilə bağlı dəqiq məlumat verilməyib.

***

Hazırda FHN-in yanğınsöndürənlər briqadasına məxsus bir neçə maşın hadisə yerindədir.

***

Hadisə şahidlərinin məlumatına görə, səhər saatlarından başlayan yanğın artıq söndürülüb./qafqazinfo

7News.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ