RU
Qaz oğruları dövlətə yarım milyon ziyan vurublar
14:18
584

Qaz oğruları dövlətə yarım milyon ziyan vurublar

“Azəriqaz” məlumat yaydı.

“Azəriqaz” İstehsalat Birliyi abonentlər və sənaye müəssisələri tərəfindən təbii qazdan qeyri-qanuni istifadə hallarının qarşısının alınması istiqamətində tədbirləri davam etdirir.

“Azəriqaz”-dan verilən məlumata görə, cari ilin yanvar-oktyabr aylarında təbii qazdan istifadə qaydalarının pozulmasına görə aparılmış yoxlamalar zamanı ölkə üzrə 2165 əhali, 37 qeyri-əhali abonentinin qaz təsərrüfatına dair “qüsur aktı” tərtib olunub.

“Tərtib olunmuş müvafiq aktlar əsasında itirilmiş təbii qaza görə dəymiş ziyan 555 min 466 manat dəyərində hesablanıb”, - deyə “Azəriqaz”-dan bildirilib.

Qurumdan həmçinin bildirilib ki, “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təbii qazdan istifadə qaydalarının pozulmasının qarşısının alınmasına və dəymiş ziyanın ödənilməsinə yönəlmiş tədbirlər mütəmadi olaraq davam etdirilir./oxu

7news.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ