Ödəmə kartı itən abonentlər bunu bilməlidirlər.
Artıq bir neçə ildir ki, "Azəriqaz" İstehsalat Birliyi tərəfindən ölkə ərazisində G-4 markalı "smart-kart" tipli qaz sayğacları quraşdırılıb. Bu sayğacların əsas xüsusiyyəti ondan ibarətdir ki, abonentlər qaz təminatını öncədən ödəniş etməklə həyata keçirə bilirlər. Sayğaclara qaz yükləmək üçün ödəmə kartından istifadə olunur. Lakin bəzi hallarda ehtiyyatsızlıqdan, yaxud digər hallar səbəbindən ödəmə kartı itir, istifadəyə yararsız hala düşür. Bir çox vətəndaçlar belə hallarla rastlaşdıqda nə edəcəklərini bilmirlər.
Ödəmə kartı itərsə abonent nə etməlidir?
Bu barədə “Azəriqaz” İstehsalat birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayevin məlumat verib. Qurum rəsmisi bildirib ki, əgər vətəndaş ödəmə kartını itirərsə, dərhal “ASAN” Xidmət Mərkəzinə müraciət edərək məlumat ala bilər.
İbrahim Kərbəlayevin sözlərinə görə, “ASAN” Xidmət Mərkəzlərində fəaliyyət göstərən bank vasitəsi ilə ödəmə kartını bərpa edə bilər. Bunun üçün abonent 5 (beş) manat məbləğində dövlət rüsumu ödəməlidir.








