RU
16:13
766

"QAZ VƏ İŞIQ PULU ARTIRSA, maaş da qalxmalıdır" - deputat

"Ölkədə maliyyə vəziyyətinin çətin olduğu bir vaxtda qaz və işığın qiymətinin qalxması böyük problemdir".

Bu sözləri açıqlamasında millət vəkili Fazil Mustafa deyib.

Onun sözlərinə görə, ölkədə təqaüd və maaşlar artırılmalıdır ki, məsələ həllini tapsın:

"Çox çətin vəziyyətdir. Qaz və işığın qiymətinin qalxması bütün ərzaq məhsullarının çörəyin eləcə də gediş haqının qiymətinin bahalaşmasına təsir edəcək. Maaşların qaldırılmasını təmin etmək lazımdır ki, insanlar səfalət vəziyyətinə düşməsin".

Deputat əlavə edib ki, büdcə layihəsinə yenidən baxılmalı bu məsələlər nəzərə alınmalıdır.

"Yəqin ki hökumət büdcə layihəsində bu məsələni gündəmə gətirəcək", - F.Mustafa belə deyib.

Deputat bildirib ki, bahlaşma ilə bağlı etiraz aksiyalarının olması da vəziyyətdən çıxış yolu deyil. Əsas odur ki normal şəkildə məsələnin həllinə çalışmaq lazımdır.

Xatırladaq ki, Azərbaycan Tarif (qiymət) Şurasının 2016-cı il 28 noyabr tarixində keçirilmiş növbəti iclasında təbii qaz, elektrik enerjisi, soba mazutu, reaktiv mühərrik yanacağının satışı tariflərinə baxılıb və müvafiq tarif tənzimlənməsi aparılıb.
Şuradan verilən məlumata görə, iclasda, həmçinin yeni dərman vasitələrinin satış qiymətləri təsdiq edilib, indiyədək təsdiq olunmuş dərman vasitələrinin qiymətləri manatın hazırkı məzənnəsinə uyğunlaşdırılıb.
Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilib.
Elektrik enerjisi istehsalında təbii qazın əhəmiyyətli rolu olduğu üçün elektrik enerjisinin qiymətinin kəskin artımının qarşısını almaq məqsədilə Şuranın qərarı ilə təbii qazın tarifi elektrik enerjisi istehsalı müəssisələri üzrə min kubmetr üçün 120 manat, qeyri-əhali istehlakçı qrupu üzrə isə 200 manat səviyyəsində təsdiq edilib.
Təbii qazın əhali istehlakçı qrupu üzrə tarifləri 2017-ci il yanvarın 1-dən, qeyri-əhali qrupu üçün isə 2016-cı ilin 1 dekabr tarixindən tətbiq olunacaq.// Sonxeber.az

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ