Qazax sakini Kür çayında batıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, hadisə iyulun 16-da Qazax rayonunun Aşağı Salahlı kəndində qeydə alınıb. Kənd sakini Elçin Lələyev Kür çayında çimərkən boğulub. Onun meyit sudan çıxarılıb.
Faktla bağlı araşdırma aparılır.
7News.az








