Qazaxda 11-ci sinif şagirdi bıçaqlanaraq qətlə yetirilib.
Hadisə Qazax şəhərinin Azadlıq prospektində qeydə alınıb.
Rayonun Dəmirçilər kənd sakini, 11-ci sinif şagirdi Rafiq Bayramoğlu kənddən rayona müəllimlə fərdi hazırlaşmağa gedərkən, onun qarşısını 13-15 yaşlı yeniyetmə kəsərək pul tələb edib. 16 yaşlı oğlan pul vermədiyi üçün naməlum yeniyetmə onu bıçaqla vuraraq öldürüb.
Faktla bağlı araşdırma aparılır./report
7News.Az








