7News.az apa-ya istinadən xəbər verir ki, rayonun Daş Salahlı kənd sakini, 1996-cı il təvəllüdlü Samir İsmayılovu qətlə yetirən şəxsin onun həmkəndlisi və həmyaşıdı Sənan Bayramov olduğu müəyyənləşib.
Məlumata görə S. İsmayılovla S. Bayramov ötən axşam kənd orta məktəbinin yaxınlığında mübahisə ediblər. Sonda Bayramov İsmayılovun ürək nahiyəsinə bir bıçaq zərbəsi vurub. Xəsarət alan şəxs Qazax Müalicə Diaqnostika Mərkəzinə aparılsa da, onun yolda öldüyü məlum olub.
Faktla bağlı Qazax Rayon Prokurorluğunda cinayət işi başlanıb.//big.az
7News.az








