Qazax rayonunda qətl hadisəsi törədilib.
7NEWS.az-ın yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun İkinci Şıxlı kəndində baş verib.
Belə ki, 2000-ci il təvəllüdlü Nəsimi İsmayılov mühafizəçi işlədiyi obyektə oğurluğa gələn 1999-cu il təvəllüdlü Feyruz Mansurova bir bıçaq zərbəsi endirib.
Ağır vəziyyətidə xəstəxanaya aparılan 22 yaşlı gənc xəstəxanada dünyasını dəyişib. Hələki, hadisənin kim tərəfindən və hansı səbəbdən törədildiyi məlum deyil.
7NEWS.az








