05.07.2022-ci il tarixində Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində batdığı ehtimal olunan 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun axtarışları başa çatıb.
7NEWS.Az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, EQuliyevin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən batdığı ehtimal olunan yerdən təqribən 10 km aralıda tapılaraq aidiyyəti üzrə təhvil verilib.
13:06
Qazaxda bir neçə gün əvvəl Kürdə batan gənc oğlanın meyiti tapılıb.
7NEWS.Az xəbər verir ki, Yuxarı Salahlı kənd sakini 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun meyiti batığı yerin yaxınlığında tapılıb.
Qeyd edək ki, boğulma hadisəsi iyulun 5-də baş verib.
7NEWS.Az








