RU
Qazaxda beş tondan çox çətənə kolu məhv edilib - FOTO
12:00
66

Qazaxda beş tondan çox çətənə kolu məhv edilib - FOTO

Qazaxda çətənə kolları məhv edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaşxaş-2023” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Məzəm kənd ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkar edilib.

Ümumi çəkisi 5 tondan çox olan 12 500 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.
 


 


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ