RU
Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb
18:39
1325

Qazaxda əxlaqsızlıq yuvası aşkarlanıb

Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Şəmkir sakininin qadınları fahişəliyə cəlb etməsi müəyyən edilib.

7News.az xəbər verir ki, Qazaxa gələn Nuriyyə Qurbanova kirayə ev tutaraq orada müxtəlif məbləğdə pul müqabilində qadınların əxlaqsızlıqla məşğul olmasına şərait yaradıb. Saxlanılan qadın əməlini etiraf etməyib. O, Qazaxda kafelərdən birində ofisiant işlədiyini bildirib. Amma qadının evində qalan Gülər Məmmədova onun dediklərinin əksini söyləyib.

Faktla bağlı Qazax Rayon Polis Şöbəsində araşdırma aparılır./kəpəz tv

7News.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ