RU
Qazaxda gənc oğlan Kürdə batıb  - YENİLƏNİB
21:40
264

Qazaxda gənc oğlan Kürdə batıb - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Kür çayının Qazax rayonu, Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində 2006-cı il təvəllüdlü Quliyev Eldar Cəmaləddin oğlunun batması barədə məlumat daxil olub.

7NEWS.Az FHN-ə istinadən xəbər verir ki, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.



19:38

Qazax rayonunda gənc oğlan Kür çayında batıb.

Hadisə Kür çayının rayonun Yuxarlı Salahlı kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, 2006-cı il təvəllüdlü Quliyev Eldar Camaləddin oğlu Kürdə çimərkən batıb.

Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub, batan şəxsin axtarışları davam edir.
 
 
7NEWS.Az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ