RU
Qazaxda kişi keçmiş arvadını baltaladı
10:14
163

Qazaxda kişi keçmiş arvadını baltaladı

Qazaxda kişi keçmiş arvadını baltalayıb.

İyulun 20-də rayonun Qarapapaq kənd sakini 1982-ci il təvəllüdlü İlhamə Xasməmmədovanın xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub. Araşdırmalarla zərərçəkmişin keçmiş əri, 1981-ci il təvəllüdlü Eldəniz Xasməmmədovun balta ilə çoxsaylı xəsarətlər yetirərək İlhamə Xasməmmədovanı qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanıb. Eldəniz Xasməmməd şübhəli şəxs qismində tutulub, istintaq davam edir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ