Qazax Diaqnostika Mərkəzinində sol bazu sümüyünün sınığı diaqnozu ilə daxil edilən səhər sakini, 1977-ci il təvəllüdlü Zaur Əhmədov əməliyyata götürülərkən, mərkəzin reanimasiya şöbəsindəki cərrahiyyə masasında keçinib.
Xəstəxananın reanimatoloqu həkim Qəribi Aynurənin verdiyi məlumata görə, gösrərilən bütün lazımi tədbirlərə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Gözlənilmədən ürək fəaliyyəti dayanıb.
Mərhumun yaxınları isə bildirir ki, Zaur Əhmədovun əvvəllər heç bir xəstəliyi olmayıb, indiyə qədər heç bir xəstəkikdən müalicə almayıb:
"Ayın 6-da yıxılıb, aldığı sınıq xəsarətlərinə görə xəstəxanaya gedib. 8-də ölüsü çıxıb. O, deyə-gülə xəstəxanaya gedib. Çərrahiyyə otağına daxil olduqdan təxminən bir saat yarımdan sonra ölüb", -deyə mərhumun dayısı bildirib.
Qeyd edək ki, Zaur Ənmədov əvvəllər sürücü işləyib. İki usaq atasıdır./atv
7news.az








